GoStrategic hesab edir ki, mədəni çevriliş sizdən başlayır. Buna görə də biz həyatımızı imanlıları yaşadıqları, işlədikləri və xidmət etdikləri icmalarda rəhbər olmağa hazırlamağa həsr etdik. Hər bir imanlı – istər işdə peşəkar, istər valideyn, istərsə də pastor – Allahın Padşahlığını dünyaya gətirmək missiyasında iştirak edir.

GoStrategic mənəvi həqiqətlərin tətbiqi vasitəsilə real dünyada olan problemlərin həllində ixtisaslaşır. Otuz ildən çoxdur ki, həmfikir insanları öyrətmək, nümunəvi insan yetişdirmək və onları bir araya gətirməklə məşğuldur. Nəticədə məsihçilərin Müqəddəs Kitab prinsiplərini ən mürəkkəb vəziyyətlərdə tətbiq etdiklərinin şahidiyik.

GoStrategic beynəlxalq səviyyədə fəaliyyət göstərir; qiyabi məktəblər, tədbirlər, təhsil vəsaitləri, şəbəkə və məsləhət xidmətləri vasitəsilə məsihçiləri maarifləndirir. Səmimi-qəlbdən ümid edirik ki, təqdim etdiyimiz xidmətlər nəticəsində imanlılar dünyamızın bərpa və yenidənqurma işinə başlayacaq və bu, minlərlə icmanın yaxşılığa doğru dəyişməsinə səbəb olacaqdır.

İngilis dilində saytımıza daxil olmaq üçün buraya daxil olun

Azərbaycan dilində pulsuz vəsaitlər

Copyright © 2023