(707) 578-7700

info@gostrategic.org

Biznesi Allaha məqbul tərzdə idarə edək (ePub eBook)

New!

Biznesi Allaha məqbul tərzdə idarə edək (ePub eBook)

$9.99

“Doing Business God’s Way” ePub eBook in Azerbaijani. Scroll down for product details. Məhsul təfərrüatları üçün aşağı diyirləyin.

Description

Biznesi Allaha məqbul tərzdə idarə edək (ePub eBook)

Doing Business God’s Way (ePub eBook) in Azerbaijani

Bizim üçün nümunə olan Allahın Öz vəsaitlərini idarə etməsinə aid tədqiqat

Bugünkü cəmiyyət bizə ədaləti, iqtisadi imkanları və bir millət olaraq gələcəyimizə olan inamı təmin edə bilmir. Maliyyə eksperti Dennis Pikok bunun niyə belə olduğunu izah edir və bu xaosa və iqtisadi əsarətə düşdükdən sonra yenidən bərpa olunmağa kömək edən yolları təqdim edir. Lakin əgər məsihçilər Allahın həqiqətlərini bazar sahəsində tətbiq etsələr və ictimai qurumlarımızda bunu edəcək liderləri seçsələr, biz həqiqətən mərhəmətli və padşahlığa uyğun olan sərbəst sahibkarlıq iqtisadi sisteminin qurulmasının şahidi olacağıq.

Dennis özünün “Biznesi Allaha məqbul tərzdə idarə edək” kitabında Allahın Öz Kəlamında açıqladığı idarəetmə, inkişaf və məhsuldarlığın on iki prinsipini təqdim edir. Bu prinsipləri bazar sahəsində tətbiq etməklə məsihçi iş adamları dünyadakı insanların həyatına və mədəniyyətinə padşahlığa uyğun dəyişiklik gətirə bilərlər. Dennis ilk növbədə hər bir imanlıya və onun bazar sahəsindəki roluna təsir edən teoloji məsələlərlə məşğuldur, sonra isə Allahın Padşahlığı üçün məsihçilərin yarada biləcəyi fərqi göstərməkdən ötrü həmin məsələləri və prinsipləri yaşadığımız siyasi və iqtisadi dünyaya təqdim edir.

İnsanlar yer üzündə Allahın ağzı, əli və ayağı kimi fəaliyyət göstərmək üçün yaradılıblar, çünki onlar Onun yer üzündəki işlərini idarə etmək, insanları qüvvətləndirmək və onları cəhalətdən və əsarətdən xilas etmək üçün təyin ediliblər. Bunu necə etməyi öyrənin və biznesi Allaha məqbul tərzdə idarə etməyə başlayın!

look-inside  Look inside the book / Kitabın içinə bax

FƏSİL ADLARI:

Giriş: İqtisadi müjdəçilik: balığı onun azuqəsi ilə tutmaq

I HİSSƏ: İdarəçilik və azad sahibkarlıq quruculuğuna aid Allahın əsas prinsipləri

1-ci fəsil: Allah ailə biznesi qurur

2-ci fəsil: Mömin idarəçilik böyüməyə səbəb olur

3-cü fəsil: Sərvət və ailə

4-cü fəsil: Allahımız əməyi sevir

5-ci fəsil: Xidmət biznesi

II HİSSƏ: Rifahlı və ədalətli cəmiyyət quruculuğu üçün tələb olunan əsaslar

6-cı fəsil: Pul insanlarda nələri üzə çıxarır

7-ci fəsil: Risk, özünəhörmət və qurtuluş mübarizəsi

8-ci fəsil: Yoxsulluğun kökünü ortaya çıxarmaq

9-cu fəsil: Ədalət və bərabərlik eyni şey deyil

10-cu fəsil: Mömin idarəçilik sülh və məhsuldarlıq yaradır

11-ci fəsil: Sizi müvəffəqiyyətə gətirəcək əsas üçqat iplər

12-ci fəsil: Əsl radikallara çağırış

 

ePub elektron kitabları iPad, iPhone, iBooks proqramı, B&N Nook, Sony Reader, Kobo eReader və Android telefonu daxil olmaqla müxtəlif cihazlarla uyğun gəlir. Adobe həmçinin PULSUZ eReader təklif edir, onu buradan yükləyə bilərsiniz: Adobe Digital Editions

Other formats:
BURAYA TIKLAYIN – kitabı kağız nüsxədə almaq üçün (PAPERBACK).
BURAYA TIKLAYIN – kitabı KINDLE e-kitab formatında almaq üçün.

TƏDRİS MATERİALLARI: Azərbaycan dilində Liderin Bələdçisi və Tələbə İş dəftərlərini sifariş etmək üçün nfo@gostrategic.org və ya 1-707-578-7700  ünvanında ofislə əlaqə saxlayın.

Azərbaycan dilində əlavə resursları kəşf edin: www.gostrategic.org/az

~ ~ ~

Mütəxəssislər Biznesi Allaha məqbul tərzdə idarə edək kitabı barədə düşünürlər?

Biznesi Allaha məqbul tərzdə idarə edəkkitabı çoxillik tədqiqatların, təcrübələrin tətbiqi idarəçiliyin məhsuludur. Bu əsər indiki reallıqlara aydınlıq gətirir, eləcə müasir mədəniyyətin hər bir sahəsində Məsihin satınalınma fürsətini görmək imkanı verir. Biz bu dünyada ziddiyyətlər, xaos böyük çətinliklər içində yaşayırıq. Mədəniyyətlərin, hakimiyyətlərin toqquşması baş verir; insanlar xeyri şər, şəri isə xeyir hesab edirlər. Keçmişdə sahibkar idarəçilik təşkilatının təsisçisi olmuş, uzunmüddətli təcrübəyə malik Dennis Pikokun belə təlatümlü vaxtlarda dayaq tapmaqda bizə strateji praktiki cəhətdən kömək etmək üçün xüsusi ənamı və ixtisaslaşması var. O, dərindüşüncəli mütəfəkkir professordur; yalnız cari reallıqları müəyyən etmir, habelə bəzən qarşılaşdığımız aydın olmayan üfüqləri fəth etməkdə bizə kömək etməyə çalışır.
Daq Stringer | “Somebody Cares America”nın təsisçisi və prezidenti, Somebody Cares International, Hyuston, Texas

Biznesi Allaha məqbul tərzdə idarə edəkkitabı məsihçi ədəbiyyatında klassik əsərdir. Burada açıqlanmış prinsiplər məni həm şəxsi, həm korporativ prioritetlərimi yenidən ifadə etməyə yönəltmişdir. Bu, kökdən dəyişən bir kitabdır.
—Dr. Con H. Binkli | Jr. Generational Group LLC, sədr həmtəsisçi

Səs-küyü dayandırın! Dennis Pikok öz möhtəşəm kitabında bizim üçün məhz bunu edir: neqativ gərginliyi dəf edərək bazarın çətin məqamlarını asanlaşdırır. Bu, uğurlu işgüzar adamlar olan bizlərin mövqeyidir. Bu həm Allah, həm biznes yolunda səylə irəliləməyimiz üçün cığırdır. “Biznesi Allaha məqbul tərzdə idarə edəkkitabı bu tutqun dünyada təmiz havadır.
—Pol Luis Koul | Christian Men’s Qlobal, Şəbəkəsinin prezidenti

Dennis Pikokun bu kitabda bizimlə bölüşdüyü prinsipləri şirkətlərə məsləhət görərək böyük müvəffəqiyyətlə istifadə edirik. Bu prinsiplər bir çox rəhbərin həyatını dəyişib və onların şirkətlərinə böyük təsir göstərib.
—Stefan Ceykob | sədr, VİTAperspektiv AG, İsveçrə

Bu, bir inqilabdır! Radikaldır! “Biznesi Allaha məqbul tərzdə idarə edəkkitabını ilk dəfə oxuyanda məhz belə düşündüm. Dennis Pikok burada radikal anlayışlar təqdim edir: Allah bizim işimizin qeydinə qalır və onu müqəddəs hesab edir; Allah Öz Kəlamı və Ruhunun qüdrəti vasitəsilə bizi mədəniyyətimizə təsir göstərməyə çağırır; Allahın Onun standartları və strategiyalarından istifadə edən sosial ədalət iqtisadi azadlığa marağı var. “Biznesi Allaha məqbul tərzdə idarə edəkkitabını mədəniyyətimizdə Allahın Padşahlığının təzahürünü və xalqların Onun standartlarına uyğun tərzdə dəyişilməsini görmək istəyən adamlar oxumalıdırlar.
Timoti Heymon, fəlsəfə doktoru | baş icraçı, Christian International Ministries

Dennis Pikok Müqəddəs Kitaba əsaslanan iqtisadi nəzəriyyə təcrübə uğrunda səhrada daim nida edənin səsidir. Bu prinsiplər imanlılar cəmiyyətinin bazarla əlaqə yaratması ehtiyacını, eləcə Padşahlığın iqtisadi prinsiplərinin imanımızda mərkəzi yer tutmaq ehtiyacını əks etdirir.
—C. Ceffri Rayt , JD | prezidenti baş icraçı, Urban Ministries İnc.

Dennis Pikok bu gün dünyada ən görkəmli məsihçi şüncəli rəhbərlərdən biridir. Onun Allahın Padşahlığını bütövlükdə dərk etməsi sizi İsanın, həqiqətən, hamının Rəbbi olduğunu dərk etməyə sövq edəcək.
Cerald R. Çester, fəlsəfə doktoru | Strategies@Work LLC, təsisçi

Həqiqəti əsaslı şəkildə açıqlayanBiznesi Allaha məqbul tərzdə idarə edəkkitabını həyatımı dəyişmiş və formalaşdırmış nəşrlərdən biri hesab edirəm. Allahdan ilham almış bu əsərin məqsədi hər bir mömini oyadaraq onu həyatındakı missiyasına istiqamətləndirməkdir; bu həm onun şəxsi dəyişməsi, həm nəticədə cəmiyyətin kökdən dəyişməsi üçün zəruridir.
—Frank Marinkoviç, MD |  Eastside Ailə Sağlamlıq Mərkəzi, Kirkland, Vaşinqton

Bu kitab Dennis Pikokun iyirmi dörd il ərzində on iki əsas həqiqəti müşahidəsinin bəhrəsidir. Bu illər ərzində onun təliminin getdikcə inkişaf etməsinə diqqət yetirmişəm bunların təsirini şəxsən görmüşəm. Məzmun dəqiqliklə təqdim edilir əsaslandırılır; sizə aydın düşünməyə, müdrik hərəkət etməyə Allaha xidmətinizdə təsirli həyat yaşamağa kömək edəcək. “Biznesi Allaha məqbul tərzdə idarə edəkkitabını sizə tövsiyə edirəm!
—Con D. Bekett | Bekett Şirkətlərinin sədri | “Loving Monday” “Mastering Monday” kitablarının müəllifi

Müqəddəs Kitabda hər bir suala — o cümlədən, biznesdə necə müvəffəqiyyətli olmaq barədə suala da cavab tapmaq olar. Dennis Pikok Allahın əbədi prinsiplərini tətbiq etməklə biznesdə müvəffəqiyyətli olmağın yolunu çox aydın göstərir.
—Mark Nattl | Həqiqət məqamı” (“Moment of Truth”) kitabının müəllifi

Dennis Pikok, imanlılar cəmiyyətində bir çox rəhbərə ünvanlanmış peyğəmbərlik səsidir; o, dünya xalqlarına Padşahlığın təsirini sürətləndirir. Onun idarəçilik ənamı, iqtisadçı savadı və Protestant ilahiyyatı bu əsaslı mətndə — “Biznesi Allaha məqbul tərzdə idarə edəkadlı kitabında öz əksini tapır. Bu kitab məsihçilərə bazarda təsirli güclü olmağı öyrədir. Bu kitab əsl səyahətdir.
—Con Kelli | John P. Kelly Ministries İnc, təsisçi